İSİS: İran Parçin hərbi-sənaye kompleksinin ərazisinə asfalt döşəyir

İSİS: İran Parçin hərbi-sənaye kompleksinin ərazisinə asfalt döşəyir
# 23 avqust 2013 08:46 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. ABŞ-ın Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (İSİS) avqustun 22-də İranın Parçin hərbi-sənaye kompleksinin peykdən çəkilmiş son görüntülərini yayıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, görüntülərdə İranın Parçin hərbi poliqonunun ərazisinin bəzi hissələrində asfalt döşənilməsi işlərinin həyata keçirildiyi ortaya çıxıb. Ancaq İran tərəfi Parçin hərbi-sənaye kompleksində asfaltlama işlərinin təmir proqramlarından biri olduğunu bildirib. Lakin bu iş həmin poliqonda şübhəli sınaqların araşdırılmasına çətinlik yarada bilər.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Parçin hərbi-sənaye kompleksinin İranın nüvə proqramı ilə bağlı sınaqlar həyata keçirdiyinə inanır. Ancaq AEBA-nın Parçin hərbi-sənaye kompleksinə baxış keçirmək və İranın şübhəli fəaliyyətlərini araşdırmaq üçün göstərdiyi cəhdlər indiyədək nəticəsiz qalıb. Çünki İran Parçinin hərbi poliqon olduğunu və nüvə proqramı ilə əlaqəsi olmadığını deyərək, agentliyin bununla bağlı istəyini dəfələrlə rədd edib. İSİS bundan əvvəl İranın Parçin hərbi-sənaye kompleksində təmizləmə işləri həyata keçirməsilə bağlı da peykdən çəkilmiş görüntülər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR