İsrail “Həmas”ın Qəzza sektorundakı mövqelərinə zərbələr endirib

İsrail “Həmas”ın Qəzza sektorundakı mövqelərinə zərbələr endirib
# 02 yanvar 2018 01:40 (UTC +04:00)

İsrail hərbçiləri raket atəşinə cavab olaraq “Həmas”ın Qəzza sektorundakı mövqelərinə zərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Fələstindən atılan raketə cavab olaraq, İsrail müdafiə ordusunun aviasiyası Qəzza zolağının cənubundakı “Həmas”ın hərbi obyektini atəşə tutub”, məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Qəzzadan İsrail ərazisinə raket atılıb. İlkin məlumata görə, zərərçəkən olmayıb.

Bundan əvvəl rəsmi Tel-Əviv son bir ay ərzində bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti «Həmas» hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra “Həmas” İsrailə qarşı raket hücumlarını artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR