İsrail hökuməti 100 min fələstinlini Qəzzanı tərk etməyə çağırıb

İsrail hökuməti 100 min fələstinlini Qəzzanı tərk etməyə çağırıb
# 16 iyul 2014 15:28 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İsrail hökuməti Qəzza zolağının şimalında yaşayan 100 mindən çox fələstinlini evlərini tərk etməyə çağırıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, bu çağırış quru əməliyyatların başlaması ilə əlaqədar edilib.

Bildirilir ki, bir çox fələstinli bu barədə telefon zəngi vasitəsi ilə xəbərdar edilib. Həmçinin havadan “terroçuların dislokasiyası ilə bağlı xəbərdarlıq” yazılmış vərəqələr atılıb. Vərəqələrdə sakinlərə təcili şəkildə yaşadıqları ərazini tərk etmək tövsiyə olunur.

Öz növbəsində HƏMAS rəhbərliyi fələstinliləri öz evlərində qalmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR