Kabil aeroportuna hücum edən taliblərin hamısı öldürülüb

Kabil aeroportuna hücum edən taliblərin hamısı öldürülüb
# 10 iyun 2013 07:39 (UTC +04:00)

APA-nın “Əl-Cəzirə” kanalına istinadən yaydığı məlumata görə, Kabil polisi iki kamikadzenin “ölüm qurşağı”nı işə saldığını, beş nəfərin isə atışmada öldüyünü açıqlayıb. Polislər və hərbçilər arasında itki yoxdur.

Taliblər Kabil aeroportuna bu gün səhər saatlarında hücum ediblər. Aeroport terminalları yaxınlığında yarımçıq tikilini ələ keçirən taliblər nizamsız atəş açmağa başlayıblar. Hücumla əlaqədar aeroportda bütün reyslər təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR