Kabildə partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb

Kabildə partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb
# 27 yanvar 2018 16:55 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb. 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış səfirliklər və inzibati binaların yerləşdiyi Vəzir Əkbər Xan məhəlləsində baş verib. Məlumata görə, partlayışı minalanmış təcili  yardım maşını vasitəsilə terrorçu-kamikadze törədib. Əfqanıstan DİN-i teraktla əlaqədə şübhəli bilinən 4 şəxsin saxlanıldığını bildirib.       

 

“Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR