Kərkük-Yumurtalık neft borusunda partlayış baş verib

Kərkük-Yumurtalık neft borusunda partlayış baş verib
# 13 avqust 2013 14:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İraqın Mosul vilayəti ərazisində Kərkük-Yumurtalık neft boru kəmərində partlayış baş verib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayışla əlaqədar neftin nəqli qeyri-müəyyən müddətə dayandırılıb.

İraq Neft Nazirliyinin nəzdində fəaliyyət göstərən “North Oil Company” şirkətinin nümayəndəsi Əhməd Ziyad naməlum şəxslərin Mosul vilayətində neft borusunu partlatdıqlarını bildirib: “Hazırda neftin nəqli dayandırılıb. Buna görə, biz gündə 670 min barrel nefti ixrac edə bilməyəcəyik. Neftin nəqli bərpa olunana qədər neft xüsusi depolarda saxlanılacaq”.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu il ərzində Kərkük-Yumurtalık boru kəməri 37 dəfə terrorçuların hücumuna məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR