Şimali Koreya Qış Olimpiya Oyunlarına nümayəndə heyəti göndərəcək

Şimali Koreya Qış Olimpiya Oyunlarına nümayəndə heyəti göndərəcək
# 09 yanvar 2018 06:25 (UTC +04:00)

Şimali Koreyanın bu il Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına komandası göndərməsinə dair razılıq əldə olunub.

APA-nın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Koreyanın Vəhdət Nazirliyinin nümayəndəsi deyib. Nümayəndə bildirib ki, yanvarın 9-da Pxanmuncom sərhəd məntəqəsində Şimali və Cənubi Koreya nümayəndə heyətləri arasında keçirilmiş danışıqlar zamanı Şimali Koreyanın rəqqas və musiqiçilərini, taekvondoçulardan ibarət teatr kollektivini yarışa göndərməsi barədə razılığa gəlinib.

Şimali Koreyanın yarışa idmançı göndərib-göndərməyəcəyi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, iki ölkə rəsmiləri arasında bu gün görüş qapalı keçirilib. Cənubi Koreya nümayəndə heyətinə milli birləşmə naziri Ço Mön Gün, Şimali Koreyanın nümayəndə heyətinə isə Sülh Birləşməsi Komitəsinin sədri Li Son Qvon rəhbərlik edib.

Bu, 2012-ci ildən bəri tərəflər arasında keçirilən ilk görüşdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR