Livanın Suriya ilə sərhəddə yerləşən Bəəlbəy şəhəri silahlıların hücumuna məruz qalıb

Livanın Suriya ilə sərhəddə yerləşən Bəəlbəy şəhəri silahlıların hücumuna məruz qalıb
# 29 sentyabr 2013 01:52 (UTC +04:00)

Bakı-APA. Livan ordusu əhalini silahlıların hücumundan qorumaq üçün Suriya ilə sərhəddə yerləşən Bəəlbəy şəhərinə əlavə hissələr cəlb edir. Qeyd edək ki, Bəəlbəy şəhərinin mərkəzindəki nəzarət-buraxılış məntəqəsi sentyabrın 28-də radikal islamçılardan ibarət silahlı dəstələrin hücumuna məruz qalıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə şəhərin meri Həmid Həsən bildirib.

“Hazırda qoşunlar şəhərə artıq daxil olmasına baxmayaq, şəhərin bir sıra rayonlarında toqquşmalar hələ də davam edir. Bəəlbəy şəhərinin müdafiəsi üçün fövqəladə qərargah yaradılıb”, deyə Həmid Həsən bildirib.

Merin sözlərinə görə, yerli qanunsuz silahlı dəstələrin üzvlərinin və Suriya müxalifətinin döyüşçülərinin daxil olduğu dəstə Livanın “Hizbullah” hərəkatının şəhərin mərkəzindəki postuna hücum edib. Toqquşmada azı üç nəfərin öldüyü bildirilir, yaralıların sayı dəqiqləşdirilir. Şahidlərin sözlərinə görə, hücum edənlər avtomat, qumbaraatan və pulemyotlarla silahlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR