Mahmud Əhmədinejad öz kadrlarına vəzifə verir

Mahmud Əhmədinejad öz kadrlarına vəzifə verir
# 20 avqust 2013 09:03 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranın eks-prezidenti Mahmud Əhmədinejad keçmiş kadrlarına təsis etdiyi ali təhsil müəssisəsində vəzifə verir.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, M. Əhmədinejad Şəmsəddin Hüseynini (keçmiş maliyyə və iqtisadiyyat naziri) İranlılar Universitetinin maliyyə və şurasının, Həmid Bəqayini (İran Prezident Administrasiyasının sabiq rəhbəri) lojistika dəstəyi şöbəsinin və Behruz Muradini (proqramlaşdırma və strateji nəzarət keçmiş vitse-prezident) büdcə və planlaşdırma şöbəsinin rəhbərləri vəzifələrinə təyin edib.

Bundan başqa, İran Ənənəvi Tibb Universitetinin rektoru Məhəmməd Şəms Ərdəkani eks-prezident tərəfindən İranlılar Universitetinin Tibb Elmləri Mərkəzinin rəhbəri təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR