Mahmud Əhmədinejadın Uqo Çavesin anasını qucaqlaması İranda qalmaqala səbəb olub - FOTO

Mahmud Əhmədinejadın Uqo Çavesin anasını qucaqlaması İranda qalmaqala səbəb olub - <span style="color: red;">FOTO
# 11 mart 2013 12:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində iştirak edən İran prezidenti Mahmud Əhmədinejadın mərhumun 78 yaşlı anası Yelena Friası təsəlli etmək məqsədilə ona sarılması və tabutu öpməsi ölkə daxilində ciddi qınaq obyektinə çevrilib. APA-nın məlumatına görə, İranın tanınmış siyasətçiləri və din xadimləri prezidentin bu jestini sərt tənqid edib, onu günah işləməkdə günahlandırıb, ölkənin kütləvi informasiya vasitələri isə M. Əhmədinejadı tənqid edən yazılar yazıblar.

2009-cu il prezident seçkilərində M. Əhmədinejadı dəstəkləyən İsfahan şəhərinin imam-cüməsi, mühafizəkar deputat Məhəmmədtağı Rəhbər İran prezidentini dəfn mərasimində romantikləşərək özünə nəzarəti itirməkdə ittiham edib: “Naməhrəm bir qadının əlini sıxmaq istər gənc, istər yaşlı olsun, hər şərtdə haramdır. Sarılmaq və ya duyğularını belə göstərmək İran İslam Respublikası kimi bir ölkənin prezidentinin namusuna yaraşmaz”.

2009-cu il prezident seçkilərində M. Əhmədinejada dəstək verən digər mühafizəkar millət vəkili Məhəmməd Dehqan isə İran prezidentinin İslama zidd davrandığını bildirib.

Bundan əlavə, İran prezidentin başsağlığı məktubunda U. Çaveslə bağlı sözləri də mübahisəyə səbəb olub. Din xadimləri M. Əhmədinejadın mərhumu şiə inancının müqəddəs mərtəbəsinə yüksəldərək “Uqo Çaves Həzrəti İsa və Həzrəti Mehdi ilə birlikdə dünyaya geri dönəcək” deməsini də “ya dinini yaxşı öyrənsin, ya da vəzifəsinin geri qalan hissəsində dini məzmunlu şərh verməsin” söyləyərək tənqid ediblər.

Məsələyə münasibət bildirən İranın vitse-prezidenti Məhəmmədrza Mirtacəddini deyib ki, M. Əhmədinejad sadəcə U. Çavesin anasının öz duyğularını ifadə etməsinə qarşılıq verib: “İran prezidenti Yelena Friasın əlindən tutmayıb. Mərhumun anası Əhmədinejadın əlindən tutmaq istəyib, ancaq İran prezident əlini geri çəkib”.

İran prezidenti ilə Venesuelaya səfər etmiş millət vəkilləri də U. Çavesin anasının çox kədərli olduğunu, M. Əhmədinejadı “oğlum” deyə çağırdığını, prezidentin E. Friası üzməmək üçün ona sarıldığını söyləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR