NATO komandanlığı iki uşağın qətlinə görə Əfqanıstandan üzr istəyib

NATO komandanlığı iki uşağın qətlinə görə Əfqanıstandan üzr istəyib
# 02 mart 2013 23:29 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda Təhlükəsizliyə yardım üzrə beynəlxalq qüvvələrin hərbi kontingentin (ISAF) komandanlığı Uruzqan vilayətində iki əfqan uşağının öldürülməsinə görə üzr istəyib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ISAF komandanı Cozef Danford bəyan edib ki, missiya baş vermiş hadisəyə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür.

Qeyd edək ki, ISAF tərkibindəki Avstraliya hərbi kontingentin əsgərləri səhvən 7 yaşı olan iki uşağı qətlə yetiriblər. NATO komandanlığı insidenti faciə adlandırıb.

Xatırladaq ki, fevralın 13-də NATO aviasiyası Kunar vilayətində endirdiyi səhv zərbələr nəticəsində 10 dinc sakin həlak olub, ölənlərdən 5-i uşaq, 4-ü qadın olub. Bu hadisədən sonra Əfqanıstan prezidenti Həmid Kərzay yerüstü əməliyyatlar aparılarkən ölkənin təhlükəsizlik qüvvələrinə havadan dəstək məqsədi ilə NATO aviasiyasından istifadə etməsini qadağan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR