Pakistanda “Taliban” qruplaşmasının 50 üzvü məhv edilib

Pakistanda “Taliban” qruplaşmasının 50 üzvü məhv edilib
# 17 avqust 2015 22:40 (UTC +04:00)

Bakı-APA. Pakistanın Şimali Vəziristan əyalətində hava zərbələri nəticəsində azı 50 “Taliban” qruplaşmasının üzvü məhv edilib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Pakistan ordusunun rəsmiləri bildirib.

Məlumata görə, həmçinin qruplaşmaya məxsus silah-sursat anbarı məhv edilib.

Pakistanın hökumət qüvvələri 2014-cü ilin iyunundan Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində taliblərə qarşı əməliyyat aparır. Bu müddət ərzində, rəsmi məlumatlara əsasən, 3 minə yaxın “Taliban” üzvü öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR