Qətər əmiri: “Biz heç bir terrorçu qruplaşmanı maliyyələşdirmirik”

Qətər əmiri: “Biz heç bir terrorçu qruplaşmanı maliyyələşdirmirik”
# 17 sentyabr 2014 15:09 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Qətər heç bir terrorçu qruplaşmanı maliyyələşdirmir.

APA - nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Qətərin əmiri Şeyx Tamim bin Həməd Əl Tani Berlində Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“İraq və Suriyada baş verənlər ekstremizmdir. Bunun səbəbkarları qismən xaricdən maliyyələşdirilir. Ancaq Qətər heç vaxt terrorçu qruplaşmaları dəstəkləməyib və bundan sonra da dəstəkləməyəcək”, – deyə o vurğulayıb.

A. Merkel isə “əmirin dediklərinə inanmamaq üçün elə bir səbəb yoxdur” deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR