Qvatemalanın sabiq vitse-prezidenti korrupsiyaya görə həbs edilib

Qvatemalanın sabiq vitse-prezidenti korrupsiyaya görə həbs edilib
# 22 avqust 2015 01:38 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Roksana Baldettinin gömrük məmurlarının korrupsiya cinayətləri ilə əlaqəli olduğu iddia edilir.

İstintaqın materiallarına əsasən, Baldetti daxil olmaqla bir neçə məmur rüşvət şəklində aldıqları milyonlarla dolların müqabilində iri sahibkarlara gömrük rüsumları ödəməmək imkanı yaradıblar.

Üç ay əvvəl istefaya getmiş Roksana Baldetti bütün ittihamları təkzib edərək günahsız olduğunu iddia edir.

Qeyd edək ki, korrupsiya ilə bağlı cinayət işi həmçinin prezident Otto Peres Molinu barəsində də başlanıb, lakin konqres ötən həftə dövlət başçısının toxunulmazlığını ləğv etməkdən imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR