Ramazan ayında Suriyada 4500 insan öldürülüb

Ramazan ayında Suriyada 4500 insan öldürülüb
# 09 avqust 2013 01:57 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Livanın “Daily Star” qəzeti məlumat verib. “Son bir ayda 4420-dən çox insan öldürülüb”, deyə qəzet Suriyada İnsan Hüquqları üzrə Müşahidə Şurasının rəhbəri Rami Abdel Rəhmanın sözlərini sitat gətirib.

Onun sözlərinə görə, ölənlərdən 302 nəfəri uşaq olmaqla 1000-dək insanın dinc sakin olduğu bildirilir. Ölənlərin 485-i müxalifətçilərə qoşulan ekstremistlərdir.

Qəzet qeyd edir, keçən ilin analoji dövrü ilə müqayisədə, dinc əhali arasında qurbanların sayı xeyli azalıb, qiyamçı və hökumət hərbçiləri arasında isə əhəmiyyətli dərəcədə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR