Rusiya İran üçün Yerin məsafədən zondlaşdırılması peyki hazırlayacaq

Rusiya İran üçün Yerin məsafədən zondlaşdırılması peyki hazırlayacaq
# 26 avqust 2015 05:32 (UTC +04:00)

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, sənədi Rusiya tərəfindən korporasiya rəhbərləri Leonid Makridenko və Sergey Baskov, İran tərəfindən isə “Boniyan Daneş Şərq” şirkətinin rəhbəri Əli Reza Zolali imzalayıblar.

Layihə üzrə əsas qurum “BARL” elmi-istehsalat kompleksi İranın Yerin məsafədən zondlaşdırılması kosmik sisteminin yerüstü infrastrukturunun hazırlanmasını və inteqrasiyasını təmin edəcək.

VNİİEM (ВНИИЭМ) isə kosmik aparatın hazırlanmasını və Rusiyanın daşıyıcı raketi vasitəsilə orbitə buraxılmasını təmin edəcək.

İranın “Boniyan Daneş Şərq” şirkəti isə, öz növbəsində, Yerin məsafədən zondlaşdırılması sisteminin operatoru vəzifəsini icra edəcək.

Leonid Makridenko bu sazişin hələlik ilkin razılaşma olduğunu, əsas kontraktın isə ilin sonunadək imzalanacağını bildirib.

“Peyk bizim kosmik aparatla “Soyuz” daşıyıcı raketin vasitəsilə orbitə buraxılacaq. Aparat təkmilləşdirilmiş “Kanopus” peyk platformasının bazasında yaradılacaq”, deyə Makridenko qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR