Rusiya XİN rəhbəri: “Suriya-Türkiyə sərhədinin bağlanması üçün Dəməşqə yardım etməyə hazırıq”

Rusiya XİN rəhbəri: “Suriya-Türkiyə sərhədinin bağlanması üçün Dəməşqə yardım etməyə hazırıq”
# 27 noyabr 2015 16:48 (UTC +04:00)

Bakı – APA. Rusiya Suriya-Türkiyə sərhədinin bağlanması üçün Dəməşqə kömək etməyə hazırdır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Valid Muallimlə görüşdən sonra çıxış edib.

Fransa prezidentinin də məsələ ilə bağlı konkret addımların atılmasının tərəfdarı olduğunu deyən S. Lavrov Fransua Ollandın təşəbbüsünün reallaşacağına ümidvar olduğunu bildirib.

“Biz bunu dəstəkləyirik. Əminik ki, sərhədi bağlamaqla, Suriyada terrorizmin kökünü kəsə biləcəyik”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR