Rusiyanın Suriyadakı aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayıb

Rusiyanın Suriyadakı aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayıb
# 26 noyabr 2015 17:23 (UTC +04:00)

Bakı-APA.  Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.   

 

“Rusiya ali baş komandanın qərarına uyğun olaraq “S-400” zenit-raket sistemi  operativ şəkildə Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasına gətirilərək döyüş növbəsinə başlayıb”, deyə  İqor Konaşenkov bildirib.  

 

Qeyd edək ki,  “S-400” zenit-raket sisteminin Suriyadakı “Xmeymim” aviabazasında yerləşdirmək qərarı Rusiyanın “Su-24” döyüş təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulduqdan sonra verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR