APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə İranın Qərbi Azərbaycan vilayətinin Kamyar şəhəri ərazisindəki Şahur təpələrində baş verib.
SEPAH-ın 5 hərbçisi İran-İraq müharibəsi dövründən qalmış minaya düşüb. Nəticədə onlardan üçü hadisə yerində həlak olub, digər iki hərbçi isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Ancaq onlardan biri xəstəxanada dünyasını dəyişib.