Sərxoş polis avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb

Sərxoş polis avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb
# 17 yanvar 2018 18:00 (UTC +04:00)

Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.

APA-nın xəbərinə görə, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR