Şimali Koreya ballistik raket sınağı keçirdiyini təsdiqləyib

Şimali Koreya ballistik raket sınağı keçirdiyini təsdiqləyib
# 30 may 2017 00:40 (UTC +04:00)

Şimali Koreya hökuməti ballistik raket sınağı keçirdiyini təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə “Rönxap” agentliyi məlumat yayıb.

Şimali Koreya lideri Kim Çen Inın izlədiyi ballistik raket sınağı uğurlu keçib.

Raket ötən gün ölkənin şərqindəki Vonsan şəhərindən buraxılıb. 450 kilometr məsafə qət edən raket Yapon dənizinə düşüb.

Cənubi Koreya hərbçiləri, sınağı keçirilən raketin orta mənzilli “Skad” tipli ballistik raket olduğunu ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR