Şimali və Cənubi Koreya arasında görüşün vaxtı məlum olub

Şimali və Cənubi Koreya arasında görüşün vaxtı məlum olub
# 08 yanvar 2018 04:14 (UTC +04:00)

Yanvarın 9-da sərhədyanı Pxanmuncom şəhərində Şimali və Cənubi Koreya rəsmilərinin görüşü baş tutacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın birləşmə nazirliyi məlumat verib.

Gözlənildiyinə görə, 2012-ci ilin dekabr ayından etibarən iki Koreya arasında ilk danışıqların əsas mövzusu Şimali Koreya idmançılarının Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR