Somali İranın 5 gəmisini və 78 dənizçisini sərbəst buraxıb

Somali İranın 5 gəmisini və 78 dənizçisini sərbəst buraxıb
# 01 avqust 2013 14:45 (UTC +04:00)

Bakı . Real Cəfərli – APA. Somalidə Pontlend Muxtar Respublikası tərəfindən üç ay əvvəl həbsə alınmış 78 iranlı dənizçi azadlığa buraxılıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi bildirib.

Onun sözlərinə görə, bu, İran Xarici İşlər Nazirliyinin apardığı danışıqlar və Somali rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra mümkün olub: “Artıq iranlı dənizçilər ölkəyə dönüblər”.

H. Qəşqavi iranlı dənizçilərlə yanaşı, saxlanılmış 5 İran gəmisinin də buraxıldığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR