Suriya Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində 18 əcnəbi terrorçu məhv edilib

Suriya Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində 18 əcnəbi terrorçu məhv edilib
# 05 sentyabr 2014 03:36 (UTC +04:00)

Bakı-APA. Suriya Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində “İslam Dövləti” tərəfində döyüşən 18 əcnəbi terrorçu məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hava hücumu “İslam Dövləti”nin əsas dayaq məntəqəsi sayılan Rakka şəhərinin yaxınlığındakı Qərbiyyə şəhərində keçirilib.

Məlumata görə, zərbə əcnəbi silahlıların və qruplaşmanın liderlərinin toplaşdığı inzibati binaya endirilib.

Ölən terrorçular arasında ABŞ vətəndaşının da olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR