Bakı-APA. Silahlılarla toqquşmada ən azı 40 suriyalı hərbçi öldürülüb. APA-nın məlumatına görə, bu barədə Frans Press agentliyi Suriyanın insan haqlarına riayətin monitorinqi mərkəzi»nə istinadən xəbər verir.
İnsident ölkənin şimal-qərbində İdlib əyalətində Nayrab şəhərinin yaxınlığındakı hərbi bazada baş verib. Silahlıların hücum etdikləri baza bölgədə ən vacib bazalardan biri olaraq həbsxana kimi də istifadə olunurmuş.
«Atışmada 14 üsyançı və ən azı 40 hərbçi həlak olub», deyə məlumatda bildirilir.