Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb

Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb
# 19 yanvar 2018 13:33 (UTC +04:00)

Türkiyənin hətbi əməliyyat keçirməyə hazırlaşdığı Suriyanın Afrin bölgəsində olan Rusiya hərbçiləri ərazidəki mövqelərindən geri çəkilməyə başlayıblar.

APA-nın xəbərinə görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Afrində Türkiyə sərhədinə yaxın yerdə mövqe tutmuş 170 Rusiya hərbçisinin 17 km geriyə doğru çəkilməyə başladığı xəbər verilir. Bu, Türkiyə ordusunun həmin ərazidə hərbi əməliyyata başlayacağını göstərir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə kəşfiyyatının (Milli İstihbarat Təşkilatı) rəhbəri Hakan Fidan dekabrın 18-də Rusiyada səfərdə olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR