Suriyanın baş naziri ordunun bütün çağırışlara hazır olduğunu bəyan edib

Suriyanın baş naziri ordunun bütün çağırışlara hazır olduğunu bəyan edib
# 31 avqust 2013 18:57 (UTC +04:00)

Bakı-APA. Suriya ordusu bütün çağırışlara cavab verməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Suriyanın baş naziri Vail Halki Qərb ölkələrinin münaqişəyə müdaxilə ehtimalını şərh edərkən deyib.

“Ordu səfərbər olunub. Ordu istənilən çağırışları və ssenariləri qarşılamağa hazırdır”, deyə baş nazir bəyan edib.

Bundan əvvəl təhlükəsizlik xidmətinin nümayəndəsi ordu komandanlığının hər an hücumun qarşısını almağa hazır olduğunu bəyan edib. “Ordu Vətənin müdafiəsində bütün imkanlardan istifadə edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR