Suriyanın Homs şəhərində partlayış nəticəsində 40 nəfər ölüb

Suriyanın Homs şəhərində partlayış nəticəsində 40 nəfər ölüb
# 01 avqust 2013 18:04 (UTC +04:00)

Bakı-APA. Suriya hakimiyyətinin nəzarətində olan Homs şəhərində törədilmiş partlayış nəticəsində 40 nəfər ölüb, 120 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Londonda fəaliyyət göstərən “Suriyada insan hüquqlarının əməl olunmasına nəzarət monitorinqi mərkəzi” açıqlama verib.

Qeyd edək ki, BMT-nin son açıqlamasına görə, Suriyada 2011-ci ilin martından davam edən münaqişədə 100 mindən çox insan ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR