Suriyaya Vahid Yardım Mərkəzinin rəhbəri: “Türkmənlərin mövcudluğu təhlükə altındadır”

Suriyaya Vahid Yardım Mərkəzinin rəhbəri: “Türkmənlərin mövcudluğu təhlükə altındadır”
# 22 noyabr 2015 19:48 (UTC +04:00)

Bakı-APA. Suriyaya Vahid Yardım Mərkəzinin rəhbəri Orhan Mohamad bu ölkədəki türkmənlərin mövcudluğunun təhlükə altında olduğunu bildirib.

APA-nın məlumatına görə, bunu Anadolu Agentliyinə müsahibəsində deyən O. Mohamad bölgənin demoqrafik xəritəsinin dəyişdirilməsinin planlaşdırıldığını qeyd edib.

“Beynəlxalq ictimaiyyətin buna biganə qalmaması lazımdır. Amma biz beynəlxalq ictimaiyyətdən ümidimizi kəsmişik” deyə O. Mohamad qeyd edib.

Türkmənlərin 40 ildir Suriyada təzyiq altında əziyyət çəkdiyini bildirən O. Mohamad hazırda yaşananların dözülməz olduğunu qeyd edib: “ Türkmənlərdən Vətən torpaqlarını tərk etmələrini tələb edirlər. Mülki əhalinin qorunması lazımdı”.

Qeyd edək ki, Suriyada Əsəd qüvvələri ilə türkmən birlikləri arasındakı döyüşlər iki strateji nöqtədə- Qızıldağ və Burj Əl Kasab çevrəsində davam edir. Bu gün də türkmən kəndlərinə havadan və qurudan hücumlar davam edib.

Bəzi məlumatlara görə, hücumlar nəticəsində 2 uşaq ölüb, 10 nəfər mülki şəxs isə yaralanıb. Əsəd qüvvələrinin Bayırbucak Türkmən bölgəsinə olan hücumları da davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR