Tehranda ikisi jurnalist olmaqla 15 nəfər həbs edilib

Tehranda ikisi jurnalist olmaqla 15 nəfər həbs edilib
# 14 avqust 2013 14:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Tehran şəhərində ikisi jurnalist olmaqla 15 nəfər həbs edilib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, jurnalistlər Sədra Mühəqqiq və Cavad Heydəriyan İranın islahatçı qəzetlərindən biri olan “Şərq”in əməkdaşlarındandır. Digərləri isə Kohkoluyə və Boyur Əhməd vilayətinin Dehdaşt şəhərinin sakinləridir.

Onlar avqustun 13-də günortadan sonra İranın Kohkoluyə və Boyur Əhməd vilayətini parlamentdə təmsil edən Əli Məhəmməd Bozorgəvarinin çıxışına etiraz olaraq ölkə parlamentinin qarşısında aksiya keçirməyə cəhd göstəriblər. Ancaq piketin qarşısı alınıb və tutulanlar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) təhvil verilib. Onlardan 10 nəfəri isə Tehranın Evin həbsxanasına göndərilib.

Qeyd edək ki, M.Bozorgəvari İran parlamentində çıxışı zamanı prezident Həsən Ruhaninin nazir vəzifəsinə təklif etdiyi şəxslərin onun seçildiyi bölgəyə xüsusi diqqət göstərməyəcəyi təqdirdə, onları “lor çomağı” ilə qarşı üzləşməklə hədələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR