Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanı radikal qruplaşmalara qarşı mübarizə üsullarını müzakirə edəcək

Türkiyə, ABŞ və Səudiyyə Ərəbistanı radikal qruplaşmalara qarşı mübarizə üsullarını müzakirə edəcək
# 11 sentyabr 2014 08:41 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Səudiyyə Ərəbistanında terrorla mübarizə mövzusunda beynəlxalq konfrans keçiriləcək.

APA - nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, konfrans bu gün Ciddə şəhərində baş tutacaq.

Toplantıda Türkiyə, ABŞ, Misir, İordaniya və Körfəz Əməkdaşlığı Şurasına üzv olan ölkələrin nümayəndələri iştirak edəcək.

Konfransda regiondakı vəziyyət, terrorizm və onu dəstəkləyən radikal qruplaşmalara qarşı mübarizə üsulları müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR