Türkiyə Livanda oğurlanan türk pilotların axtarışında İrandan yardım istəyib

Türkiyə Livanda oğurlanan türk pilotların axtarışında İrandan yardım istəyib
# 13 avqust 2013 10:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Livan, Əfqanıstan, Suriya və s. ölkələrdə bütün vəziyyətlərdə hansı məqsədlə olursa-olsun insanların girov götürülməsi və oğurlanmasını pisləyir. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib. O deyib ki, Livanda iki türk pilotunun qaçırılması ilə bağlı Türkiyə və İran xarici işlər nazirləri arasında telefon danışığı olub: “Əhməd Davudoğlu Əli Əkbər Salehidən türk pilotların tapılmasında kömək göstərməsini xahiş edib. İran bunu etməkdən çəkinməyəcək. Necə ki, bizə Suriyada girov götürülmüş iranlıların azad edilməsi üçün dost ölkələr yardım etdilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR