Ümumdünya Cüdo Federasiyası ilə İran Cüdo Federasiyası arasında qalmaqal baş verib

Ümumdünya Cüdo Federasiyası ilə İran Cüdo Federasiyası arasında qalmaqal baş verib
# 26 avqust 2013 10:52 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Braziliyada keçirilən cüdo üzrə dünya çempionatında qalmaqal baş verib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran Cüdö Federasiyasının vitse-prezidenti Arəş Mirismaili ölkə cüdoçularının israilli cüdoçularla qarşılaşacaqları təqdirdə müsabiqəyə çıxmayacaqlarını bildirib. Bu səbəbdən Ümumdünya Cüdo Federasiyasının rəhbərliyi onun adını müsabiqənin münsiflər heyətinə daxil etməyib.

Qeyd edək ki, A. Mirismaili ikinci dəfədir eyni aqibəti yaşayır. İran Cüdö Federasiyasının vitse-prezidenti 2004-cü ildə israili cüdoçu ilə müsabiqəyə çıxmaqdan da imtina edib. Ümumiyyətlə, İran İsraili rəsmi şəkildə dövlət kimi tanımadığına görə bu ölkənin idmançıları beynəlxalq turnirlərdə həmin ölkəni təmsil edən idmançılarla yarışmırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR