Urmiyada 5 nəfər edam edilib

Urmiyada 5 nəfər edam edilib
# 23 avqust 2013 03:47 (UTC +04:00)

APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin daşınması və saxlanılmasında günahlandırılıblar. Onlar avqustun 22-də səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər. Məhbusların ad və soyadları da açıqlanıb. Bunlar Teymur Şətabəndə və Loğman Alsani (Urmiya), Nasir Kənani (Məşhəd), Kazım Parsa (Kirman) və Kərim Tayurdidir (Şiraz).

Məlumatda həmçinin bildirilir ki, edam cəzasının icrasından xəbər tutan məhbusların ailə üzvləri dərhal Urmiya şəhərinin mərkəzi həbsxanasının qarşısına toplaşıblar. Onlar bu addıma etiraz edərək, zindanın şüşələrini sındırıblar. Nəticədə dara çəkilmiş şəxslərin ailə üzvlərindən iki nəfər həbs edilib.

Qeyd edək ki, avqustun 22-də 2 nəfər Məşhəddə, 1 nəfər Həndicanda, avqustun 21-də isə 2 nəfər Cəhrom və Təbrizdə dara çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR