Vyetnamda hərbi vertolyot qəzaya uğrayıb

Vyetnamda hərbi vertolyot qəzaya uğrayıb
# 07 iyul 2014 11:44 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Vyetnamda keçirilən paraşüt təlimləri zamanı hərbi vertolyot qəzaya uğrayıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, paytaxt Hanoy yaxınlığında baş verən qəza nəticəsində 16 nəfər həlak olub, 5 nəfər isə ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Rusiya istehsalı olan “Mi-171” vertolyotu havaya qalxdıqdan 15 dəqiqə sonra Hanoyun qərbində yerləşən kiçik bir kənddə yerə çırpılıb. Vyetnam Müdafiə Nazirliyindən bildirilib ki, bu təxribat deyil və vertolyot texniki problem səbəbindən qəzaya uğrayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR