Xamneyi: “ABŞ Suriya məsələsində yanlışlığa yol verir və mütləq zərər görəcək”

Xamneyi: “ABŞ Suriya məsələsində yanlışlığa yol verir və mütləq zərər görəcək”
# 05 sentyabr 2013 12:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Suriyanın indiki vəziyyətində kimyəvi hücumu əldə bəhanə edirlər və ritorika ilə humanitar problemləri həll etmək istədiklərini deyirlər”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi Üləmalar (Xubreqan) Məclisinin üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, ABŞ Suriya məsələsində yanlışlığa yol verir və mütləq zərər görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR