Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək
# 18 sentyabr 2014 08:05 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı qərar qəbul edəcək.

APA - nın İTAR - TASS-a istinadən verdiyi xəbərə görə, bunu Yaponiya Nazirlər Kabinetinin katibinin müavini Hiroşiqe Seko deyib.

Yerli mətbuat sanksiya paketinin sentyabrın 19-da açıqlanacağı barədə xəbər yayıb.

Yeni sanksiyaların maliyyə və energetika sahəsinə aid olacağı ehtimal edilir. Həmçinin Yaponiyaya girişi qadağan olunan şəxslərin siyahısının genişlənməsi istisna olunmur.

Xatırladaq ki, bri müddət öncə Yaponiya Rusiya ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı məsləhətləşmələri dayandırıb, iqtisadi əməkdaşlıq sahəsində danışıqlara başlamaqdan imtina edib. Yaponiya hökuməti həmçinin 40-dan çox Rusiya vətəndaşının bank hesablarının dondurulması haqda qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR