Yaponiyada “Senday” atom elektrik stansiyası fəaliyyətini bərpa edir

Yaponiyada “Senday” atom elektrik stansiyası fəaliyyətini bərpa edir
# 11 avqust 2015 08:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Yaponiyada son 4 ildə ilk dəfə atom elektrik stansiyasının fəaliyyətinin bərpası haqqında qərar qəbul edilib.


APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu gün Kyüsü adasında “Senday” Atom Elektrik Stansiyası işə salınıb.


Məlumata görə, stansiyanın birinci reaktoru cümə günü işə düşəcək. Gələn aydan isə tam gücü ilə işə düşəcəyi gözlənilir. İkinci reaktor oktyabrda işə düşəcək.

Ümumilikdə, Yaponiya hökuməti 25 nüvə reaktorunun işə salınmasını planlaşdırır. Lakin hər bi reaktorun işinə ciddi nəzarət ediləcək.

“Senday” stansiyasını idarə edən şirkət yeni təhlükəsizlik sisteminə 120 milyon dollar xərcləyib. Reaktorun yenidən işə salınması yerli əhali arasında etiraz aksiyaları ilə müşahidə olunub. Onlar Fukusimada baş verən qəza ilə əlaqədar atom enerjisindən istifadəyə etirazlarını bildiriblər.


Xatırladaq ki, Fukuşima-1 atom elektrik stansiyası 2011-ci ildə Yaponiya sahillərində baş verən güclü zəlzələ və sunamidən ciddi zərər çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR