Yaponiyada güclü zəlzələdən sonra 30-a yaxın təkrar yeraltı təkan qeydə alınıb

Yaponiyada güclü zəlzələdən sonra 30-a yaxın təkrar yeraltı təkan qeydə alınıb
# 19 iyun 2018 03:07 (UTC +04:00)

Yaponiyanın Osaka prefekturasında baş verən güclü zəlzələdən sonra 30-a yaxın təkrar yeraltı təkan qeydə alınıb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Baş Meteoroloji İdarəsi məlumat verib.

Məlumata əsasən, onlardan dördü 4 bal gücünədək olub. Mütəxəssislər xəbərdarlıq edib ki, zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək.

Qeyd edək ki, ötən gün yerli vaxtla saat 07:58-də Yaponiyanın Osaka prefekturasında 6,1 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 360 nəfər xəsarət alıb, 1 500-dək insan müvəqqəti sığınacaqlara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR