Yəməndə 7 nəfər toqquşmaların qurbanı olub

Yəməndə 7 nəfər toqquşmaların qurbanı olub
# 13 sentyabr 2014 18:58 (UTC +04:00)

Bakı-APA. Yəməndə üsyançı və hökumətyönümlü tayfalar arasında baş vermiş toqquşmalar nəticəsində 7 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, toqquşmalar Əl Cəuf və Məarib əyalətlərinin sərhədində baş verib. Hökumətyönümlü tayfalar ordunun dəstəyi ilə paytaxt Sanaya doğru irəliləyən üsyançı dəstələri dayandırmağa çalışırlar.

Bəzi məlumatlara görə, üsyançılar üzərindən neft borusunun keçdiyi Sana və Məaribi birləşdirən magistral yolu nəzarətə götürmək niyyətindədirlər. Məlumata görə, Yəmən Hərbi-Hava Qüvvələri üsyançıların mövqelərinə bir neçə zərbə endiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR