Yəməndə oğurlanmış Fransa vətəndaşı azad edilib

Yəməndə oğurlanmış Fransa vətəndaşı azad edilib
# 07 avqust 2015 07:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova- APA. Bu ilin fevralında Yəmənin paytaxtı Sənada qaçırılan Fransa vətəndaşı İzabel Prim azad edilib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidentinin administrasiyası məlumat yayıb.

Məlumata görə, İ. Prim bu gün ölkəsinə qayıtmalıdır.

Onun azad edilməsinin necə təşkil edildiyi və digər detallar barədə məlumat verilmir.

Qeyd edək ki, İzabel Prim Dünya Bankının Yəməndəki layihələrindən birində çalışıb.

O, fevralın 24-də paytaxt Sənada yəmənli tərcüməçisi ilə birlikdə qaçırılıb.

Tərcüməçi hadisədən az sonra azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR