Zəncanda etiraz aksiyası keçirilib - FOTOSESSİYA

Zəncanda etiraz aksiyası keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 12 avqust 2013 07:15 (UTC +04:00)

Onlar şəhərdə fəaliyyət göstərən iki müəssisənin - Sink və Qurğuşun zavodlarının fəaliyyətinin dayandırılmasını tələb ediblər.

Nümayişçilər hər iki zavodun ətraf-mühitə xeyli ziyan vurduğunu, xərçəng və digər müxtəlif xəstəliklərə səbəb olduğunu bildiriblər. Ancaq Zəncan valisi hər iki zavodun 25 ildir fəaliyyət göstərdiyini və həmin müəssisələrin dayandırılmasının onun əlində olmadığını söyləyib. Onun bu sözləri isə yerli camaatın narazılığına gətirib çıxarıb. Bu səbəbdən aksiya iştirakçıları İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin Zəncan nümayəndəsinin ofisinə doğru hərəkət ediblər. Onlar imam-cümənin də aksiya iştirakçılarına qoşulmasını istəyiblər. Lakin höccətülislam Xatəmi nümayişçiləri təmkinli olmağa dəvət edərək, öz aralarından problemi yoluna qoymaq üçün nümayəndə seçməyə çağırıb. Bu da yerli camaatın ciddi narazılığına səbəb olub. Onlar “Hər iki zavod bağlanmalıdır!”, “Biz xərçəng xəstəliyinə tutulmaq istəmirik!”, “Qurğuşun və sink istəmirik!”, “Təmiz hava almaq hamımızın haqqıdır!” və s. şüarlar səsləndiriblər.

Aksiya günorta saat 13:45-dək davam edib. Yerli camaat hər iki zavod bağlanmayanadək öz etirazlarını davam etdirəcəklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR