Yaponiya ABŞ və Fransa ilə birgə dəniz təlimləri keçirir

Yaponiya ABŞ və Fransa ilə birgə dəniz təlimləri keçirir
# 13 iyun 2023 06:55 (UTC +04:00)

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri ABŞ və Fransa donanmaları ilə birgə təlimlər keçirib.

APA xəbər verir ki, bu barədə özünümüdafiə qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, təlimlər iyunun 7-dən 10-dək Okinava regionunda və Şərqi Çin dənizində keçirilib.

Amerikalılar təlimlər zamanı Ronald Reyqan və Nimitz aviadaşıyıcılarından, həmçinin B-52 bombardmançılarından istifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR