Yaponiya əcnəbi tələbələrin ölkəyə gəlişinə icazə verib

Kioto Texnologiya Universiteti

© APA | Kioto Texnologiya Universiteti

# 17 yanvar 2022 07:16 (UTC +04:00)

Rəsmi Tokio sərhədlər bağlı olmasına baxmayaraq 87 ölkədən olan tələbələrin ölkəyə gəlməsinə icazə verib.

APA-nın məlumatına görə, bu istisna hal texniki sahədə təhsil alan və qiyabi təhsilin mümkün olmadığı ixtisaslar üçün nəzərdə tutulub.

Hökumətin açıqlamasında göstərilir ki, sözügedən tələbələr Yaponiya tərəfindən maliyyələşdirilir və onların gəlişi istisna hal kimi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Yaponiyaya yalnız diplomatlar və bu ölkədə daimi yaşamaq hüququ olan şəxslər gedib-gələ bilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR