Yaponiyada oyun parkının dayancağında 100 avtomobil yanıb

Yaponiyada oyun parkının dayancağında 100 avtomobil yanıb
# 21 avqust 2023 05:17 (UTC +04:00)

Yaponiyanın Atsugi şəhərindəki oyun parkının qarşısındakı çoxmərtəbəli avtomobil dayanacağında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Baş verən yanğında ən azı 100 avtomobil yanıb.

Hadisə avtomobillərdən birində başlayan yanğın zamanı baş verib.

Alov qısamüddətdə yaxınlıqda dayanmış avtomobillərə keçib.

Nəticədə yanğın dayanacağın demək olar ki, ikinci mərtəbəsini bürüyüb.

Hadisə yerinə 20 yanğınsöndürən maşın göndərilib və yanğını söndürmək 4 saat çəkib. Ölən və yaralananlar barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR