“Bank VTB (Azərbaycan)” rubl əmanətlərinin qəbuluna başlayıb

“Bank VTB (Azərbaycan)” rubl əmanətlərinin qəbuluna başlayıb
# 15 fevral 2016 13:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank (VTB) Azərbaycan” iki depozit məhsulu üzrə şərtləri yeniləyib ki, bu da əhalidən əmanətləri manat və dollarla yanaşı, rublda da qəbul etməyə imkan verəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ”Sərfəli” və “Universal” əmanətlərinin valyutası ilə yanaşı, faiz dərəcələrində və digər şərtlərində də dəyişikliklər edilib. Hər iki əmanət Azərbaycan və xarici vətəndaşlar olan fiziki şəxslər üçün nəzərdə tutulub.

İndi “Sərfəli” əmanətini açmaq üçün minimal məbləğ 100 AZN/USD və 5000 rubl, minimal müddət isə cəmi 1 ay təşkil edir. Əmanətin maksimal müddəti 24 aydır. “Sərfəli” manat əmanəti üzrə maksimal faiz dərəcəsi illik 14%, 1 aylıq əmanət üçün illik 10% təşkil edir. Dollar əmanəti üçün müddət 24 ay olduqda faiz dərəcəsi illik 6% (12 aylıq əmanətdə - 5,5%), 1 aylıq əmanət üçün illik 1,5% təşkil edir. Rubl əmanətində faiz dərəcəsi 12 ay və 24 ay üçün eynidir və illik 10%-ə bərabərdir (1 aylıq depozitdə - illik 6%).

Yığım əmanəti olan “Unversal” üzrə minimal müddət 3 ay, maksimal – 36 ay təşkil edir. Əmanətin valyutası manat olduqda müddətindən asılı olmayaraq faiz dərəcəsi illik 12%-dir. Dollar əmanətində maksimal faiz dərəcəsi 7%-ə bərabərdir (12 aylıq əmanət üçün – 5,5%). Rublda olan əmanətə gəlincə, Rusiya valyutası ilə əmanəti 12 aylıq illik maksimal 8,5%-lə yerləşdirmək mümkündür.

“Unversal” əmanəti üzrə yeni şərtlərə əsasən, manat əmanətinin bütün müddəti ərzində minimal məbləğ 50 manat olmaqla depozitə vəsait əlavə etmək mümkündür. Dollar və rublla əmanəti ilk 6 ay ərzində minimum 50 USD/1000 rubl artırmaq olar.

Hər iki əmanət üzrə hesablanmış faizləri bankomatdan götürmək üçün müştəriyə bonus qismində pulsuz depozit kartı təqdim olunur. “Bank VTB (Azərbaycan)”da açılmış əmanətlərin əsas üstünlüyü odur ki, “VTB Qrupu”nun güzəşt şəbəkəsinin istənilən bankomatında bu kimi əməliyyatlar aparıldıqda müştəri əlavə komissiya ödəmir. Belə ki, rubl əmanəti üzrə yüksək illik faiz dərəcəsini və faizləri əlavə komissiyasız çıxarmaq imkanı nəzərə alındıqda, bu əmanətlər rubl vəsaitləri olan və tez-tez Rusiyaya səfər edənlər üçün çox sərfəlidir. “VTB Qrupu”nun güzəştli şəbəkəsinə “VTB24”, “Moskva Bankı”, “Leto Bank”, “Bank VTB (Gürcüstan)”, “Bank VTB (Ukrayna)”, “Bank VTB (Qazaxıstan)” və “Bank VTB (Belarus)” kimi bankların çoxsaylı filial və şöbələri daxildir.

“Bank VTB (Azərbaycan) müştərilərinə çevik və sərfəli şərtlərlə əmanətlər təklif edir. Beynəlxalq maliyyə qrupunun bir üzvü kimi üstünlüklərimizdən istifadə etmək üçün müştərilərimizə şərait yaradırıq. Bank daim bu istiqamətdə fəaliyyət göstərir və müştərilərinə, o cümlədən fəaliyyət göstərdiyimiz ölkələrə, ilk növbədə də Rusiyaya daim səfər edən və ya orada yaşayanları nəzərdə tutan məhsullar təqdim edirik”, – deyə “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” MMC-dir. “Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR