Şirvan sakini bıçaqlanıb

Şirvan sakini bıçaqlanıb
# 20 avqust 2016 22:19 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda 24 yaşlı gənc bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 23.30 radələrində Şirvan şəhərinin "Köhnə şəhər" adlanan ərazisində qeydə alınıb. Şirvan sakini 1992-ci il təvəllüdlü Osmanov Ayət Sərhəd oğlu qarının ön divarını kəsib dələn və daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasına çatdırılaraq cərrahiyə əməliyyatına götürülüb. Adı çəkilən şəxsin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən istintaq əməliyyatı həyata keçirilir, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR