Abdullahian: Xəzər dənizində əməkdaşlığın bütün sahələrini əhatə edəcək təşkilat yaratmaq lazımdır

Abdullahian: Xəzər dənizində əməkdaşlığın bütün sahələrini əhatə edəcək təşkilat yaratmaq lazımdır
# 05 dekabr 2023 13:53 (UTC +04:00)

Xəzər dənizi regionunda sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı qorumaq üçün hamımız məsuliyyət daşıyırıq.

APA xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin geniş tərkibdə görüşündə deyib. “Xəzər dənizi bizim aramızda olan ümumi irs və dostluq mərkəzidir. Xəzər dənizi xeyir və bərəkət mənbəyidir. Biz Xəzərin dəyərli irsini qorumağa çalışmalıyıq”, - nazir vurğulayıb.

Nazir qeyd edib ki, Xəzər dənizində əməkdaşlığın bütün sahələrini əhatə edə və nəzarət edə biləcək katiblik və ya təşkilat yaratmaq lazımdır. Abdullahian beştərəfli əməkdaşlıq prosesini sürətləndirməyin vacibliyinə də toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR