ABŞ Husilərin Ədən körfəzində Ukrayna gəmisinə zərbə endirdiyini bildirib

ABŞ Husilərin Ədən körfəzində Ukrayna gəmisinə zərbə endirdiyini bildirib
# 14 iyun 2024 03:51 (UTC +04:00)

Yəmən husiləri Ədən körfəzində Ukraynaya məxsus ticarət gəmisinə hücum edib.

APA xəbər verir ki, bununla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.

Məlumatda bildirilir ki, husilər Ədən körfəzinə iki gəmi əleyhinə qanadlı raket atıb. Hər iki raket Ukraynaya məxsus, Polşa tərəfindən idarə olunan "Verbena" gəmisinə dəyib. Zərbələr nəticəsində gəmidə yanğın baş verib.

Taxta materialları ilə yüklü gəminin İtaliyaya getdiyi bildirilir.

Məlumata görə, gəmiyə ciddi ziyan dəyib, bir gəmiçi yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR