Avropa İttifaqının rəhbərliyi Çinə səfər edib

Avropa İttifaqının rəhbərliyi Çinə səfər edib
# 06 dekabr 2023 16:38 (UTC +04:00)

Avropa İttifaqının rəsmiləri Çinə səfər edib.

APA xəbər verir ki, bu barədə Çinin Aİ-dəki səfiri Fu Cong "X" hesabında bildirib.

Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell artıq Çinə çatıb.

Qeyd edək ki, Çinin paytaxtı Pekində 24-cü Aİ-Çin sammiti keçiriləcək. Bu, 2019-cu ildən bəri ilk Aİ-Çin sammiti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR